"Bakı-2015": Gimnastımız 34-cü medalı qazandı

11:21 - 21 İyun 2015

Fərdi mübarizəyə yekun vurulub

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlara yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, 4 növdə mükafatçıları müəyyənləşdirəcək idmançıların yarışında fərdi mübarizəyə yekun vurulub.

 

Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.

 

Kişilərin yarışında çıxış edən İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib.

 

O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.

 

Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.

 

Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.

Xəbər xətti