"Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var"

14:18 - 21 İyun 2015

"Ancaq hələlik yekun qərar qəbul edilməyib"
 
2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var. 
 
Sportal.az xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
 
P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib:
 
“Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı".
 
O, qeyd edib: "Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib". (trend.az)

Xəbər xətti