"Bakı-2015": Boksçumuz 1/4 finalda

15:06 - 21 İyun 2015

Yana Alekseyeva qələbə qazandı
 
Yana Alekseyeva (60 kq) Avropa Oyunlarında ilk görüşünü qələbə ilə başa vurub.
 
Sportal.az xəbər verir ki, boksçumuz 1/8 final mərhələsində finlandiyalı Mira Potkonen üzərində qələbə qazanıb - 3:0.
 
Boksçumuz növbəti mərhələdə Zinaida Dobrınina (Rusiya) - Sandra Brugger (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq. Alekseyeva rinqə iyunun 23-də çıxacaq.

Xəbər xətti