Keçmiş "İnter"li "Qəbələ"yə qarşı oynayacaq

20:30 - 22 İyun 2015

"Dinamo Tbilisi"  ilə müqavilə imzalayıb

 

Bakı  “İnter”inin sabiq forvardı , karyerasını bitirdiyini elan edən  Aleksandr İaşvili yenidən yaşıl meydanlara  qayıdıb.

 

Sportal.az xəbər verir ki, gürcü hücumçu karyerasını vətənində davam etdirəcək.  O  “Dinamo Tbilisi” ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki,  “Dinamo” UEFA  Avropa  Liqasının birinci təsnifat mərhələsində  “Qəbələ”  ilə qarşılaşacaq.

Xəbər xətti