Çempiondan möhtəşəm jest

21:09 - 22 İyun 2015

Zədəli rəqibini kürəyinə alaraq zaldan çıxardı

 

"Bakı-2015" I Avropa Oyunlarında idmanın sambo yarışlarında 74 kq çəkidə mübarizə aparan Amil Qasımov  final görüşündə zədələnib.

 

Sportal.az xəbər verir ki,  finalda belaruslu Stepan Popovun tətbiq etdiyi ağrıdıcı  fənd idmançımızın zədələnməsinə səbəb olub.  A.Qasımov yerindən qalxa bilməyib. Stepan Popov onu kürəyinə alaraq  yarışın keçirildiyi zaldan çıxarıb. Belarusiyalı idmançının bu hərəkəti zaldakı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, A.Qasımov finalda 1:3 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

Xəbər xətti