Elvin Məmişzadə, Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov 1/2 finalda
Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinin görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, Rinqə çıxan 5 idmançımızdan 4-ü mərhələ adlayıb. Onlar bununla ən azı bürünc medalı özlərinə təmin ediblər.
Elvin Məmişzadə, Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov 1/2 final mərhələsinə vəsiqə qazanıblar. Salman Əlizadə isə mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi