Felipe Melo "Qalatasaray"dan ayrılır

02:16 - 23 İyun 2015

Braziliyalı futbolçu yenidən İtaliyaya qayıdır
 
“Qalatasaray” klubunun aparıcı üzvü Felipe Melo karyerasını yenidən İtaliyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu İtaliyanın “İnter” klubundan təkilf alıb.
 
Roberto Mançini yaxından bələd olduğu braziliyalı havbeki komandasında görmək istəyini gizlətməyib.
 
İtaliya təmsilçisiylə yanaşı,  “sambaçı”nın keçidində maraqlı olan digər komanda Avropa Liqasının qalibi “Sevilya” klubudur.
 
Qeyd edək ki, Felipe Melo 2008-2011-ci illərdə “Fiorentina” və “Yuventus” klublarında çıxış edib.         

Xəbər xətti