Ukraynalı futbolçu vətəninə qayıtdı
Ukrayna milli komandasının kapitanı Anatoliy Timoşuk karyerasını vətənində davam etdirəcək.
Sportal.az xəbər verir ki, “Zenit” klubuyla müqaviləsi başa çatan 36 yaşlı futbolçunun növbəti mövsüm “Dnepr”də çıxış edəcək.
Dnepropetrovski təmsilçisi yarımmüdafiə xəttində Timoşuk kimi təcrübəli futbolçunun xidmətindən yararlanmaq istəyir. Odur ki, yaxın günlərdə “Dnepr” klubunun tanınmış futbolçuyla rəsmi müqavilə bağlayacağı gözlənilir.
2007-2009-cu illərdə “Zenit”in şərəfini qoruyan futbolçu daha sonra Almaniyanın “Bavariya” klubuna transfer olunub. 2013-cü ilə qədər Münhen təmsilçisində çıxış edən Timoşuk yenidən Rusiyaya qayıdaraq “Zenit”lə 2 illik müqavilə bağlayıb.
saytlarin hazirlanmasi