“Fulhem” Stekelenburqu yenə icarəyə verdi
Hollandiya millisinin sabiq qapıçısı Maarten Stekelenburq növbəti mövsümü “Sauthempton”da keçirəcək.
Sportal.az xəbər verir ki, “Fulhem” klubuna məxsus olan qolkiper ingiltərə təmsilçisinə icarə əsasında verilib.
Ötən mövsümü də “Monako”da icarədə keçirən 32 yaşlı kiper özünü yaxşı tərəfdən göstərib.
“Sauthemton”un idman direktoru Sotan Les Rid qapıçının gəlişinə belə münasibət bildirib:
“Stekelenburqla başqa klublar da maraqlanırdı. Çox sevinirəm ki, təcrübəli qapıçı sonda bizim komandanı seçdi. Hər halda onun gəlişiylə qapıçı problemini həll etdik”.
saytlarin hazirlanmasi