Fransalı futbolçu “Trabzonspor”un hədəfində
“Milan”ın müdafiəçisi Filipp Mekses karyerasını türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu ayın sonunda “rossonerilər”lə müqaviləsi başa çatacaq fransalı futbolçunu “Trabzonspor” heyətinə qatır.
İtaliya təmsilçisi ilinə 4 milyon avro qazanan 33 yaşlı futbolçunun maaşını aşağı salaraq ona 1,5 milyonluq müqavilə təklif edib. Daha cəlbedici dəvət göndərən türklər müdafiəçinin ilinə 2,5 milyon avro verməyə hazırdır.
Qeyd edək ki, 2014-2015 mövsümündə İtaliya A seriyasında 20 oyun keçirən Mekses 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi