"Bakı-2015": Daha 6 boksçumuz yarımfinala doğru

10:41 - 23 İyun 2015

8 çəki dərəcəsində...

 

Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gələcək.

 

Bu çəki dərəcələrinin 5-də kişi, 3-də isə qadın boksçular rinqə çıxacaqlar. Azərbaycanın isə 6 idmançısı müxtəlif çəkidə 1/4 final görüşünə çıxacaq. 4 kişi və 2 qadın boksçumuz özü üçün medal təmin etməyə çalışacaq.

 

 

Boks, 1/4 final mərhələsi

23 iyun

 

Kişilər

60 kq

Əvvəlki mərhələdə erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyana qalib gələn Albert Səlimov bu dəfə bolqarıstanlı Dmitri Elian ilə döyüşəcək. Qarşılaşma saat 14:00-da çıxacaq.

 

64 kq

Bu çəkidə ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olacaq. 1/4 finala qədər Dmitri Qalaqot (Moldova) və Edin Seydinoviç (Sloveniya) mübarizədən kənarlaşdıran Kuba əsilli idmançımız üçüncü döyüşünə 20:15-də çıxacaq.

 

69 kq

1/8 finalda Vasili Belus (Moldova) üzərində qələbə qazanan Pərviz Bağırov bu dəfə almaniyalı Abass Barau ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 21:15-də başlayacaq.

 

91 kq

Bu çəkidə mübarizə aparan Abdulqadir Abdullayev yarımfinala vəsiqə qazanmaq üçün fransız Pol Bionqolo Ombanı rinqdən məğlub yola salmalıdı. İdmançımızın gənc rəqibi ilə döyüşü 21:30-da start götürəcək.

 

Qadınlar

54 kq

Yığmamızın daha bir üzvü Anna Əlimərdanova kifayət qədər güclü rəqiblə qarşılaşacaq. Təmsilçimiz bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşəcək. Mübarizəyə bu mərhələdən başlayacaq idmançıların görüşü 12:45-də başlayacaq.

 

64 kq

Avropa Oyunlarında ilk görüşünə çıxacaq qitə çempionu və dünya ikincisi Yelena Vıstropova bu mərhələdə Rayan Sandidən güclü olmağa çalışacaq. 1/8 finalda almaniyalı Sindi Rogge üzərində qələbə qazanan Böyük Britaniya təmsilçisi ilə döyüş saat 19:15-ə təsadüf edəcək.

 

Qeyd edək ki, bir gün öncə 1/4 final qarşılaşmasına çıxan 5 boksçumuzdan 4-ü mərhələ adlayıb.

Xəbər xətti