"Milan" Həvəskarlar Liqasına düşən komandanın futbolçusuna göz dikdi

11:15 - 23 İyun 2015

19 yaşlı futbolçu Milanda

 

Borclarını ödəyə bilmədiyinə görə iflas olaraq İtaliya D Seriyasına düşən "Parma"nın yarımmüdafiəçisi Xose Mauri karyerasını "Milan"da davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 19 yaşlı argentinalı futbolçu azad agent statusunda "Milan"a keçəcək. Əlavə edək ki. "rossoner"lər həmçinin "Zenit"in yarımmüdafiəçisi Aksel Vitsellə də yaxından maraqlanır.

 

Qeyd edək ki, Mauri ötən mövsüm "Parma"nın heyətində çıxdığı 33 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti