3,5 milyon avroya başa gələcək
"Napoli"nin isveçrəli yarımmüdafiəçisi Gökhan İnler karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə yaxından maraqlanan "Qalatasaray" futbolçu üçün 3,5 milyon avro ödəməyə hazırdı. 2 illik imzalanacağı gözlənilən müqavilənin şərtlərinə görə Gökhan illik 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, İnler geridə qalan mövsümdə "Napoli"nin heyətində çıxdığı 33 matçda 1 qolla yadda qalıb.
saytlarin hazirlanmasi