Rusiya təmsilçisi Almeydayla müqavilə bağladı Portuqaliya millisinin hücumçusu Huqo Almeyda karyerasını Rusiyanın “Anji” klubunda davam etdirəcək. Sportal.az xəbər verir ki, təcrübəli forvard “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı klubla 2 illik müqavilə imzalayıb. Bir vaxtlar "Porto", "Beşiktaş", "Verder" kimi komandaların şərəfini qorumuş 31 yaşlı futbolçu son klubu “Krasnodar” olub. saytlarin hazirlanmasi