Kasilyas sabah "Real"la vidalaşır

14:42 - 9 İyul 2015

Vida mərasimi keçiriləcək

 

Madrid "Real"ının təcürbəli qolkiperi İker Kasilyas komandadan ayrılır.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı futbolçuya sabah "Santyaqo Bernabeu" stadionunda vida mərasimi təşkil olunacaq. Kasilyasın karyerasını "Porto"da davam etdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Kral klubu" İkerin əvəzində "Mançester Yunayted"in qapıçısı David De Xeanı transfer edəcək.

Xəbər xətti