“Rossonerilər” Maksimoviçlə anlaşmağa yaxındır
“Torino”nun müdafiəçisi Nikola Maksimoviç “Milan” klubunun maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, 23 yaşlı serbiyalı futbolçunun transferi qarşılığında “rossonerilər” Turin təmsilçisinə 12 milyon avro təklif edib.
İtaliya A seriyasında stabil oyunu ilə diqqət çəkən Maksimoviçi transfer etməklə “Milan” klubu müdafiəni daha da möhkəmləndirmək istəyir.
Xatırladaq ki, ötən mövsüm “Torino”da 37 oyuna çıxan serbiyalı futbolçu 4 qol ötürməsiylə yadda qalıb.
saytlarin hazirlanmasi