Türkiyə təmsilçisi Kavandayla müqavilə bağladı
“Latsio”nun müdafiəçisi Luis Kavanda karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, “Trabzonspor” klubu belçikalı futbolçuyla 3 illik müqavilə bağlayıb.
24 yaşlı futbolçunun keçidi Superliqa təmsilçisinə 1,75 milyon avroya başa gəlib. Ötən mövsümün birinci dövrəsində paytax klubunun əsas heyətində yer alan Kavanda qış fasiləsindən sonra nadir hallarda meydana çıxıb.
Qeyd edək ki, ümumilikdə “Latsio”da 80 oyun keçirən belçikalı müadfiəçi 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi