Azərbaycan idmançıları Tiflisdə mübarizəyə başladı

12:04 - 27 İyul 2015

EYOF 2015

 

Gürcüstanın paytaxtı Tbilisidə Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF 2015) start götürüb.

 

Sportal.az xəbər verir ki, festivalda 50 ölkədən 3500 idmançı mübarizə aparır.

 

Azərbaycanı idman gimnastikası, atletika, velosiped idmanı, cüdo, tennis, üzgüçülük növlərində üst-üstə 36 idmançı təmsil edir. "EYOF 2015"in proqramına isə ümumilikdə 9 idman növü salınıb. Festival avqustun 1-dək davam edəcək.  

 

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 26-da keçirilib. 

Xəbər xətti