Qətlin təfərrüatları barədə məlumat verilmir
Rusiyanın "Mordoviya" klubunun sabiq futbolçusu Aleksandr Vlaskin qətlə yetirilib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu ötən gecə Saranskda naməlum şəxs tərəfindən bıçaqlanıb. Qətlin təfərrüatları barədə məlumat verilmir. Klubun rəsmi saytı Vlaskinin doğmalarına və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Aleksandr Vlaskin Mordoviya futbolunun yetirməsidir. O, "Lisma", "Lokomotiv-TRZ", "Sareks-Mordoviya", "Mordoviya", "Vımpel", "Lyambir", "Universitet" komandalarında çıxış edib
saytlarin hazirlanmasi