2 həftə oynamayacaq
"Barselona" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun futbolçusu Jordi Alba "Roma" ilə matç zamanı zədələnib. Onun bərpa müddətinin 10-15 gün çəkəcəyi bildirilib. Bu isə o deməkdir ki, J.Alba UEFA superkubokunda "Sevilya" ilə oyunu buraxacaq.
Qeyd edək ki, "Barselona" - "Sevilya" qarşılaşması avqustun 11-də, Tiflisin "Boris Payçadze" adına "Dinamo" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi