4 illik müqavilə
"Mançester Yunayted"dən ayrılan Anxel Di Mariyanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 27 yaşlı argenitnalı futbolçu PSJ ilə 4 illik rəsmi müqaviləyə imza atıb. Transfer Paris klubuna 63 milyon avroya başa gəlib.
Qeyd edək ki, Di Mariya ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxdığı 32 matçda 4 qol və 12 asistlə yadda qalıb.