AFFA nümayəndələri Makedoniyada

20:57 - 6 Avqust 2015

Baş katiblə görüş

 

AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvləri Makedoniyada səfərdə olublar.

 

Sportal.az xəbər verir ki, qrupun rəhbəri Elçin Məmmədov, həmçinin ekspertləri Bəhram Dadaşov və Anar Kazımlı Makedoniya Futbol Federasiyasının Lisenziyalaşdırma Qrupunun üzvləri ilə görüş keçiriblər. 

 

Görüşdə ətraflı fikir mübadiləsi aparıb, tərəflər lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər. Səfər çərçivəsində Makedoniya Futbol Federasiyasının baş katibi ilə də görüş keçirilib.

 

Analoji görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə olunub.

Xəbər xətti