Məşhur türk məşqçisi Adil Əliyevdən nələr yazdı

19:57 - 8 Oktyabr 2015

"Bu yarış qardaş ölkənin necə gözəl diyar olduğunu gözlərimlə görməyimə vəsilə oldu"
 
"Adil Əliyev türk dünyasına bağlı şəxsdir".
 
Sportal.az xəbər verir ki, bu sözləri “Adil insan” kitabında Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural dilə gətirib. Təcrübəli futbol mütəxəssisi millət vəkili Adil Əliyev haqda fikirlərini belə bölüşüb:
 
“Adil Əliyev maraqlı insandır və onunla söhbət etmək insana ancaq xoş təəssürat bağışlayır. Mən qürur hissi keçirirəm ki, qardaş Azərbaycanda Adil Əliyev kimi dəyərli dostum və qardaşım var.
 
Onunla Bakıda tanış oldum və dostluğumuz yarandı. Mənə Azərbaycan parlamentinin deputatı Adil Əliyev haqda danışmaq olduqca xoşdur”.
 
Y.Vuralın sözlərinə görə, 2013-cü ilin sentyabrında A.Əliyevin rəhbəri olduğu Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə mərhum Prezident Heydər Əliyevin 90 illiyinə həsr olunmuş beynəlxalq idman yarışının qonağı olub:
 
“Bu, Azərbaycana ilk səfərim idi. Bu yarış qardaş ölkənin necə gözəl diyar olduğunu gözlərimlə görməyimə vəsilə oldu. Azərbaycanın tanınmış şəxsiyyətləri yarışda iştirak edirdi.
 
Bu, onun federasiyaya necə rəhbərlik etməsindən xəbər verirdi. Yarışda dünyanın hər yerindən nüfuzlu idmançılar iştirak edirdi. Adil Əliyev millət vəkili olmaqla yanaşı, idmana önəm verən və onun inkişafına çalışan şəxslərdəndir”.
 
Qeyd edək ki, “Adil insan” kitabını tanınmış isimlər - Elxan Sahinoğlu, Rüfət Soltan və Elnur Eltürk ərsəyə gətirib. 396 səhifədən ibarət kitabda millət vəkilinin siyasi fəaliyyəti, rəhbərlik etdiyi federasiyanın uğurları, həyat yoluna qısa nəzər yetirilib. Kitabda həmçinin bir çox tanınmış şəxslərin Adil Əliyev barədə fikirləri, xatirələri yer alıb. 

Xəbər xətti