Prandelli Çin klubunda
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu barədə Prandellinin özü açıqlamasında deyib. O, Çinin "Şanxay Şenhua" klubu ilə anlaşıb. "Bundan sonra Çində işləyəcəm. Artıq bütün məsələlər həll olunub. Qərarımı ailəmlə birgə vermişəm" - deyə 58 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Prandellinin son komandası Türkiyənin "Qalatasaray" klubu olub.
saytlarin hazirlanmasi