Naci Şensoy Bolqarıstanda duz-çörəklə qarşılandı FOTO

21:05 - 15 Oktyabr 2015

"Pirin"lə müqavilə bağlayıb

 

"Turan"ın türkiyəli sabiq baş məşqçisi Naci Şensoy fəaliyyətini Bolqarıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "Pirin"lə müqavilə bağlayan 57 yaşlı çalışdırıcı bu komandanın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub. Şensoyun təqdimat mərasimi maraqlıkeçib. Belə ki, klub rəsmiləri onu duz-çörək və şirniyyatla qarşılayıblar. Bunların dadına baxdıqdan sonra isə Şensoyun təqdimatı keçirilib

 

Bolqarıstan çempionatının cari mövsümündə 11 turdan sonra cəmi 4 xal toplayan “Pirin” turnir cədvəlinin sonuncu (10) pilləsində qərarlaşıb. 2002/2003 və 2004/2005 mövsümlərində “Turan”ı çalışdırmış Şensoy həmçinin, “Lokomotiv” (Plovdiv), “Vihren”, “Bilis”, “Kukesi” və “Gənclərbirliyi” klublarında fəaliyyət göstərib.

Xəbər xətti