"Qarabağ" haqda çəkilən film Monakoda II yerə layiq görüldü

00:17 - 16 Oktyabr 2015

I yeri isə fransalı rejissor Marion Poyzeaunun çəkdiyi "İntu Ze Si" ("Dənizə doğru") filmi tutub
 
"Qarabağ" qaçqın futbol komandası haqda çəkilmiş Amerika-Azərbaycan istehsalı olan film Monakoda keçirilən film festivalinda II yerə layiq görülüb.
 
Sportal.az xəbər verir ki, 26-cı dəfə keçirilən ənənəvi Sportel Mükafatları film festivalında Azərbaycan "On Aqqreqeyt" ("Məcmu") filmi ilə təmsil olunub.
 
Sülh və İdman nominasiyasında "3-lüy"ə düşən ABŞ-dan olan Tomas Qoltsun filmi qalib olmasa da, ən yaxşı II film kimi seçilib. I yeri isə fransalı rejissor Marion Poyzeaunun çəkdiyi "İntu Ze Si" ("Dənizə doğru") filmi tutub. Bu filmdə İran-Pakistan sərhədində yerləşən Hind Okeanının sahillərində hicablı iranlı qadınların sörfinqlə məşğul olmasından bəhs edilir. (qaynar.info)

Xəbər xətti