Levandovski Ginnesin Rekordlar kitabında

00:43 - 16 Oktyabr 2015

Ən erkən het-trik, poker və penta-trik edən futbolçu
 
"Bavariya"nın futbolçusu Robert Levandovskinin adı Ginnesin Rekordlar Kitabına daxil ediləcək.
 
Sportal.az xəbər verir ki, Polşa millisinin üzvü ən erkən het-trik, poker və penta-trik edən futbolçu kimi Ginnesin Rekordlar Kitabında yer alacaq. Bu günədək heç bir futbolçu meydana sonradan daxil olaraq 5 qol vurmağı bacarmayıb.
 
Qeyd edək ki, Bundesliqanın 6-cı turunda "Volfsburq"la görüşdə meydana sonradan daxil olan Levandovski 4 dəqiqəyə het-trik, 6 dəqiqəyə poker və 9 dəqiqəyə pentatrik edib.

Xəbər xətti