Ölkə çempionatlarında...
"Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən olan PAOK və "Krasnodar" bu gün ölkə çempionatında növbəti matçına çıxacaqlar.
Sportal.az xəbər verir ki, PAOK Yunanıstan Super Liqasının VII turu çərçivəsində səfərdə "İraklis"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Rusiya Premyer Liqasının XII turu çərçivəsində isə "Krasnodar" "Anji"nin qonağı olacaq. Bu matç isə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi