Rövnəq Abdullayev yığmamızın üzvləri ilə görüşdü

18:58 - 18 Oktyabr 2015

Parisdə görüş

 

Oktyabrın 17-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Böyük Dəbilqə" turnirinin keçirildiyi Parisin "AccorHotels Arena" kompleksində milli komandamızın məşqçi heyyəti və üzvləri ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, Abdullayev Rüstəm Orucovun qazandığı uğurun gələcək yarışlarda davam edəcəyinə inandığını bildirib.

 

Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaher və cüdoçular onlara göstərilən etimada görə federasiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xəbər xətti