"Rəvan" – "Spartak" matçı canlı yayımda

17:36 - 21 Oktyabr 2015

Gənclər Liqasının matçı

 

Bu gün UEFA Gənclər Liqasında I mərhələnin cavab oyunları keçiriləcək. Qitə miqyaslı turnirdə Azərbaycanın ilk təmsilçisi kimi tarixə düşən “Rəvan” PFK Rusiyanın “Spartak” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, sentyabrın 30-da Moskvada baş tutan ilk matçda adlı-sanlı rəqibinə 0:4 hesabı ilə uduzan “aslanlar” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. “Dalğa Arena”da baş tutacaq matç “Rəvan” PFK-nın rəsmi “YouTube” kanalı ilə https://www.youtube.com/channel/UCy8oB9vShtbSGgcwc56DSuQ canlı yayımlanacaq.

Xəbər xətti