Moldovanın cəzası məlum oldu
UEFA-nın İntizam Komitəsi Moldova Futbol Federasiyasını (FMF) cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna AVRO-2016-nın seçmə qrup mərhələsində Moldovada Rusiya yığmasına qarşı keçirilən oyunda yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və irqçi şüarlar səsləndirməsi səbəb olub. FMF 15 min avro cərimələnib, Moldova yığmasının növbəti ev oyununda stadionun azarkeş sektorlarından birinin bağlanmasına qərar verilib.
Xatırladaq ki, Moldova millisi noyabrın 17-də Bakıda Azərbaycan yığmasının qonağı olacaq
saytlarin hazirlanmasi