"Məğlubiyyətə görə çox üzüldük"
Premyer Liqanın IX turu çərçivəsində "Xəzər Lənkəran" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Oyundan sonra "Xəzər Lənkəran"ın futbolçusu Adrian Skarlatake Sportal.az-a açıqlama verib:
"Məğlubiyyətə görə çox üzüldük. Əslində, 1 xal əldə edə bilərdik. Son dəqiqələrdə əldə etdiyimiz şansı dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi. "Kəpəz" az da olsa, bizdən üstün oynadı. Məğlubiyyətə görə üzgün olsaq da, növbəti oyunlara adaptasiya olmağa çalışacağıq".
saytlarin hazirlanmasi