Robert Prosineçki: "Döyüşlər Bakıdan uzaqda getsə də, həyat yoldaşım qorxurdu"

12:43 - 15 Aprel 2016

"Həyat yoldaşım qorxurdu"

 

“Təəssüf ki, dünyanın istənilən yerində bu cür hallar baş verir. İnsanların ölməsi üzücüdür. Döyüşlər Bakıdan uzaqda getsə də, həyat yoldaşım qorxurdu. Çünki  uşaqlarımız məktəbə gedirdilər”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki son günlər cəbhədə baş verənlər haqda ölkəsinin mətbuatına danışarkən deyib.

 

Xorvatiyalı mütəxəssis millimizin DÇ-2018-in seçmə mərhələsindəki hədəfləridən danışıb:

 

“Biz işlərə başlamışıq. Hələ Xorvatiya ilə oyunda istənilən rəqibə qarşı oynamağın mümkün olduğunu sübut etmişdik. İndi isə  Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq haqda düşünürük. Düzdür, bu, asan deyil. Güclü qrupa düşmüşük. Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San-Marino ilə mübarizə aparacağıq”.

Xəbər xətti