Hər iki oyun eyni gündə
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki qarşılaşma keçirilib. Günün ilk oyunu “İnter” və “Qarabağ” komandaları arasında baş tutub. Ağdam klubu bu matçda 4:0 hesablı qələbə qazanmaqla cütün taleyinə müəyyən mənada aydınlıq gətirib.
Günün digər qarşılaşması da paytaxtda keçirilib. “Neftçi” öz meydanında “Qəbələ” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
27 aprel
Azərbaycan kuboku, yarımfinalın ilk oyunları
16:00.“İnter” – “Qarabağ” - 0:4
Qollar: Migel Madera 19,60, Dani Kintana,67,Reynaldo,84
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
“İnter Arena”
19:00.“Neftçi” – “Qəbələ” 1:1
Qol: Rəhman Hacıyev, 71 - Aleksey Qay,5
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
“Bakcell Arena”
saytlarin hazirlanmasi