"Qarabağ" və "Qəbələ"nin avrokuboklarda oyunlarının vaxtı bəllidir

12:56 - 17 May 2016

"Qarabağ" ilk oyununu nə vaxt keçirəcək?
 
Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klubların oyunlarının vaxtı bəllidir.
 
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qarabağ”ın ilk oyunu iyulun 12-13-də olacaq. Bu mərhələnin cavab matçları isə iyulun 19-20-də baş tutacaq. 
 
Avropa Liqasında isə ilk görüşlər iyunun 30-da olacaq. Cavab matçları isə iyulun 7-də keçiriləcək.
 
Qeyd edək ki, Avropa Liqasında ölkəmizi 3 komanda təmsil edəcək. Bunlardan ikisi - “Qəbələ” və “Kəpəz”in Avropa Liqasına vəsiqə qazanmasına aydınlıq gəlibsə, 3-cü komandanın adı bəlli deyil.

Xəbər xətti