İlkin razılıq əldə olunub
"Neftçi" artıq növbəti mövsüm üçün transfer çalışmalarına start verib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, artıq klub rəhbərliyi millimizin qolkiperi Səlahət Ağayevlə ilkin danışıqlar aparıb və razılıq əldə edib. Yayda müqaviləsi başa çatacaq Aqil Məmmədovla isə müqavilə yeniləməyəcək "flaqman" məhz bu boşluğu Səlahət Ağayevlə dolduracaq.
Qeyd edək ki, qış transfer pəncərəsində də "Neftçi" Səlahət Ağayevlə danışıqlar aparasa da, son anda transfer baş tutmamışdı.
saytlarin hazirlanmasi