"Qəbələ"də gözlənilməz ayrılıq

11:26 - 24 May 2016

"Artıq dəyişiklik zamanıdır"
 
“Qəbələ”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
 
Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Aleksey Qay əyalət klubunu tərk edib. 
 
Bu barədə futbolçu özü məlumat verib. O bildirib ki, dəyişiklik zamanıdır və karyerasını başqa komandada davam etdirəcək:
 
“Artıq dəyişiklik zamanıdır. “Qəbələ”dən özüm ayrılmaq istədim. Ona görə də hazırda vətənimdəyəm. Karyeramı başqa komandada davam etdirəcəm”.
 
Qay Azərbaycandakı karyerasını uğurlu adlandırıb:
 
“Azərbaycanda karyeram uğurlu alındı. “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynadıq. Çempionatda bürünc medal qazandıq. Hər şey məni qane edirdi”.

Xəbər xətti