"Neftçi" ilə razılaşmadı, "İnter"ə qayıtdı

11:47 - 24 May 2016

Səlahət Ağayev "İnter"ə qayıtdı
 
Heyətini gücləndirməyə davam edən "İnter” klubu daha bir futbolçu ilə razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, bundan əvvəl Pərdis Fərcad-Azad, Tərlan Quliyev, Ağabala Ramazanov və Samir Zərgərovu rənglərinə bağlayan paytaxt klubu daha bir transferi reallaşdırıb. 
 
Söhbət "bankirlər” üçün yad sima olmayan Səlahət Ağayevdən gedir. Qış transfer pəncərəsində "İnter”i "Sumqayıt”a dəyişən Ağayev doğma komandasına qayıdıb
 
"Neftçi"ilə danışıqlarda ortaq məxrəcə gələ bilməyən Səlahət doğma komandasına geri dönüb.

Xəbər xətti