Yusif Nəbiyevin "Sumqayıt"a keçidi baş tutmadı
"Sumqayıt"ın "Qəbələ"nin müdafiəçisi Yusif Nəbiyev üçün qarşı tərəfə rəsmi təklif göndərdiyi haqda məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "Sumqayıt" 19 yaşlı müdafiəçini icarəyə götürmək istəsə də, "Qəbələ"nin baş məşqçsi Roman Qriqorçuk bu keçidə razılaşmayıb və Nəbiyevin ona lazım olduğunu bildirib.
Qeyd edək ki, "Sumqayıt"ın sol cinah müdafiəçisi Slavik Alxasov "İnter"ə transfer olduğu üçün "kimyaçılar" sol cinahda yaranan boşluğu Yusif Nəbiyevlə doldurmaq istəyirdi.
saytlarin hazirlanmasi