Süleyman Hurma: "AFFA mәni Avstriyaya dәvәt edib"

10:28 - 25 May 2016

"İdman direktoru olmaq üçün tәklif almadım"
 
Bir neçә gün öncә Türkiyә mәtbuatında “Trabzonspor”un sabiq idman direktoru Süleyman Hurmanın Azәrbaycan milli komandasının idman direktoru olacağı ilә bağlı xәbәrlәr yayılmışdı.
 
Sportal.az xəbər verir ki, mәlumatda onun yığmamızın Avstriyadakı toplanışına qatılacağı vә AFFA rәsmilәri ilә danışacağı bildirilirdi.
 
“Qafqazinfo”ya açıqlama verәn Süleyman Hurma idman direktoru tәklifini almasa da, millimizin tәlim-mәşq toplanışını izlәyәcәyini deyib:
 
“İdman direktoru olmaq üçün tәklif almadım. Amma AFFA rәsmilәri mәni Avstriyadakı tәlim-mәşq toplanışına dәvәt edib. Ora gedәcәyəm vә yığmanızı izlәyәcәyəm”.

Xəbər xətti