"Xəzər Lənkəran"ın sabiq futbolçusu yenidən Azərbaycan klubunda

11:11 - 25 May 2016

"İnter" transferlərdən doymur
 
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “İnter” daha bir futbolçu ilə anlaşıb.
 
Sportal.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, “bankirlər” “Xəzər Lənkəran”ın sabiq rumıniyalı futbolçusu Adrian Skarlatake ilə razılıq əldə edib. 
 
Son mövsümü ölkəsində “Astra” klubunda keçirmiş və çempion olmuş Skarlatake açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, yaxın günlərdə “İnter”lə müqavilə imzalayacaq:
 
“Bəli, “İnter”lə danışıq aparmışam. Demək olar ki, razılıq əldə etmişik. Amma müqaviləyə imza atmamışam. Yəqin ki, yaxın günlərdə Bakıya gəlib rəsmi müqaviləyə qol çəkəcəm”.
 
Əlavə edək ki, Skarlatakenin "İnter"ə transfer olacağı haqda ilk xəbəri Futbol11.az saytı yayıb.

Xəbər xətti