"Sumqayıt" daha bir futbolçu ilə müqaviləni uzatdı

12:30 - 25 May 2016

Quluzadə daha bir il "kimyaçılar"ın şərəfini qoruyacaq
 
Bəxtiyar Həsənalızadə və komandanın kapitanı Vurğun Hüseynovla müqaviləni uzadan "Sumqayıt” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
 
Sportal.az-ın əldə etdiyi xəbər görə, "kimyaçılar" Amit Quluzadə ilə yeni müqavilə imzalayıb. Premyer Liqa klublarından və ölkə xaricindən təkliflər alan Quluzadə "Sumqayıt" klubu ilə müqaviləni 1 illik uzadıb.
 
Qeyd edək ki, Amit Quluzadə 2015-ci ilin yayından "Sumqayıt"da çxış edir.

Xəbər xətti