Sloveniyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoldaşlıq matçını keçirib.
Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız yenidən Sloveniya ilə qarşılaşıb. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Sloveniya ilə ilk oyunda komandamız 1:4 hesabı ilə məğlub olmuşdu.