Millimiz Kanada ilə heç-heçə etdi YENİLƏNİB

23:03 - 3 İyun 2016

Yoldaşlıq matçı

 
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün son yoxlama görüşünə çıxıb.
 
Sportal.az xəbər verir ki, Robert Prosineçkinin komandası bu dəfə Kanada ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
 
Qeyd edək ki, milli komandamız Avstriyada Andorra ilə 0:0 heç-heçə edib, Makedoniyaya isə 1:3 hesabı ilə məğlub olub.
 
 
21:00. Azərbaycan - Kanada - 1:1
QOLLAR: Dmitri Nazarov, 58 (pen.) - Akindele Teşo, 44
 
Hakimlər: Saşa Amhof, Stefan de Almeyda, Vital Yobin və Adrien Jaccottet (hamısı İsveçrə)

Xəbər xətti