Millimizin üzvü:"Kanadanı məğlub edib, istirahətə yaxşı əhval-ruhiyyədə getmək istəyirik" MÜSAHİBƏ

16:23 - 3 İyun 2016

"Prosineçkinin etimadını qazanmağa çalışacam"

 

Milli komandamızın və "Zirə"nin gənc müdafiəçisi Adil Nağıuevin Sportal.az saytına müsahibəsi:

 

- Millinin Avstriya toplanışı necə keçir?

- Hazırlığımız davam edir. Hər şey qaydasındadı. Çalışırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları maksimim yerinə yetiriək. Bu gün Kanadailə keçiriləcək matça hazırıq. Bu qarşılaşmada qələbə qazanmaq istəyirik.

 

- İlk dəfə əsas milliyə çağırılırsan. Sənin üçün çətin deyil?

- Xeyr, çətin deyil. Çox gözəl, mehriban kollektivimiz var. Sadəcə bir az məşqlərdə və oyunda həyəcan olur. İlk dəfə olduğu üçün belədi. O da zamanla ötüb keçəcək. Andorra ilə matça start heyətdə başladım. Buna görə həyəcanlı idim. Amma oyunun gedişində artıq alışdım və rahat oynamağa başladım.

 

- Əsas milliyə 3 gənc futbolçu dəvət olunmuşdu. Digər iki futbolçu U-21-in toplanışına göndəərildi, sən isə əsas millidə qaldın. Prosineçkinin sənə güvəndiyini demək olar?

- Burada qalmağım hələ o demək deyil ki, baş məşqçinin etimadını qazanmışam və məni daim milli komandaya çağıracaq. Belə düşünmürəm. Yəqin ki, burada saxlayıbsa demək olar ki, məni bəyənib və çətin oyunlarda sınamaq istəyir. Əgər bu günkü qarşılaşmada şans verilsə özümü göstərib Prosineçkinin etimadını qazanmağa çalışacam.

 

- Millidə möhkəmlənmək üçün nə etmək lazımdı?

- Bizinci növbədə nizam-intizamlı olmaq lazımdı. Sonra isə məşqlərdə səylə çalışmalısan. Məşqlərdə yaxşı çalışıb şansını gözləməlisən. Şans verildiyi halda mütləq özünü yaxşı tərəfdən göstərməlisən. Milli komandanın daimi üzvünə çevrilmək üçün baş məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirmək lazımdır.

 

- Artıq iki oyun arxada qalıb. Andorra və Makedoniya ilə matçlarda millimiz qələbə qazana bilməyib. Səbəb nədir?

- Andorra ilə qarşılaşmada biz üstün oynadıq. Yüz faizlik qol epizodlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Həmçinin əsas heyətin 7-8 futbolçusu yox idi. Əlbəttə bu da oyunumuza təsirsiz ötüşmədi. Buna görə də qələbə qazana bilmədik. Makedoniya ilə matça gəlincə isə rəqib səhvlərimizdən yaranlandı və qələbə qazandı. İlk hissədə oyunumuz alınmamışdı. İkinci hissədə isə biz yaxşı oynadıq. Bu futboldu, hər şey olur. Əsas odur ki, hazırlıq qarşılaşmalarındakı səhvlərdən dərs çıxaraq və bunlar seçmə mərhələ oyunlarında təkrarlanmasın.

 

- Kanada ilə matçda hansı nəticəyə ümüd etmək olar?

- Yaxşı nəticə qazanmağa çalışacağıq. Qeyd edim ki, Kanada əvvəl qarşılaşdığımız iki rəqibdən daha güclüdü. Bizim üçün çox ağır oyun olacaq. İnşallah sevinən tərəf biz olarıq.

 

- "Zirə"nin bu mövsüm Premyer Liqadakı çıxışını necə dəyərləndirirsən?

- Debüt mövsümündə "Zirə" gümüş medallara sahib çıxdı. Bu həqiqətən də sevindirici haldı. Biz çempionata başlayarkən məqsədimiz yaxşı kollektiv qurmaq və yaxşı nəticələr qazanmaq idi. Qış fasiləsinə qədər olan oyunlarımız göstərdi ki, biz liderdən heç də zəif deyilik və onlarla yaxşı mübarizə aparırıq. Qış fasiləsində sonra isə məqsədimiz liderlər qrupunda yerimizi qoruyub medal qazanmaq idi. Çox əziyyət çəkdik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Həqiqətən debütant komanda üçün gümüş medallar yaxşı nəticədi.

 

- Dediyin kimi çox əziyyət çəkdiz. Belə ağır mövsüm keçirdikdən sonra birbaşa millinin toplanışına gəlmisiz. Yorğunluq var?

- Xeyr, yorğunluq azdı. Hər şey normaldı. Özümü yaxşı formada hiss edirəm.

 

- Ağır mövsüm və millinin toplanışında sonra rahat istirahət etmək olar?

- Kanadanı məğlub edib istirahətə yaxşı əhval-ruhiyyədə getmək istəyirik.

Xəbər xətti