Super Liqa klubunun rəsmisi: "Azərbaycan millisinin üzvü ilə razılığa gəlmişik"

12:00 - 5 İyun 2016

"Tezliklə bu transferlər rəsmi şəkildə açıqlanılacaq"
 
Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor" klubunun Azərbaycan millisinin üzvü Ufuk Budakla ilkin razılığa gəldiyi haqda məlumat vermişdik.
 
Bununla bağlı Sportal.az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Ahmet Yıldız Ufuk Budakla tezliklə müqavilə imzalayacaqlarını açıqladı:
 
"Azərbaycan millisinin üzvü olan Ufuk Budakla razılığa gəlmişik. Budakdan başqa Ziya Erdal, Erkam Reşmen və Burhan Eşerlə də müqavilə imzalayacağıq. Tezliklə bu transferlər rəsmi şəkildə açıqlanılacaq".

Xəbər xətti