"Zirə"nin futbolçusu: "Ola bilər ki, bu xəbəri bizim zonada məni istəməyən insanlar çıxarıb"

14:14 - 6 İyun 2016

"Mən qalmaqaldan uzaq bir insanam"
 
Ölkə mətbuatında  "Xəzər Lənkəran”ın sabiq kapitanı, mövsüm başa çatdıqdan sonra "Zirə” ilə müqavilə imzalayan Tural Cəlilovla bağlı maraqlı məlumat yayılıb. 
 
Belə ki, Azərbaycan milli komandasının sabiq üzvünün Şimal zona birinciliyi çərçivəsində keçirilən Xaçmaz – Qusar oyununda iştirak etməsi və eks komanda yoldaşı Vaquf Güləliyevlə birgə hakimi döyməsi ilə bağlı iddialar ortaya atlılıb.
 
Sportal.az saytına açıqlama verən Tural Cəlilov məsələyə belə münasibət bildirib:
 
"Elə şey ola bilməz. Boş-boş söhbətlərdir. Oyunda olmuşam və oynamışam. Amma bu xəbərlər doğru deyil. Belə iddiaların hardan qaynaqlandığını deyə bilmərəm. Hakim özü də açıqlama verib ki, belə bir hadisə baş verməyib. Mən qalmaqaldan uzaq bir insanam. Çempionat ərzindən 2-3 dəfə sarı vərəqə almışam. Ola bilər ki, bu xəbəri bizim zonada məni istəməyən insanlar çıxarıb".

Xəbər xətti