"İnter" "Xəzər Lənkəran"ın futbolçusunu transfer etdi

11:31 - 7 İyun 2016

Sadıqlı ilə müqavilə imzalandı
 
"İnter"in qapıçıları - Kamran Ağayev, Elşən Poladov və Georgi Lomaya ilə yolları ayırdığı haqda xəbər vermişdik.
 
Sportal.az xəbər verir ki, "bankirlər" "Xəzər Lənkəran"ın qolkiperi Orxan Sadıqlını heyətinə qatıb. Sadıqlı paytaxt klubu ilə 1 illik müqaviləyə qol çəkib.
 
Qeyd edək ki, "İnter" Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake və Məmməd Quliyevlə güclənib.

Xəbər xətti