Millimizin futbolçusu rəsmən "Kayserispor"da

18:53 - 7 İyun 2016

Ufuk Budak Super Liqa klubunda
 
Milli komandamızın üzvü, son olaraq Türkiyə PTT I Liqasında çıxış edən "Qaziantep BB” komandasında forma geyinən Ufuk Budakın "Kayserispor"la razılığa gəldiyi haqda məlumat vermişdik. 
 
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Super Liqada mübarizə aparan "Kayserispor” klubu ilə münasibətlərini rəsmiləşdirib.
 
Bu barədə Kayseri təmsilçisinin mətbuat xidmətinin rəhəbri Ahmet Yıldız saytımıza verdiyi açıqlamada məlumat verib:
 
"Ufukla razılaşmışıq. Artıq, o, "Kayserispor”un futbolçusudur. Ümid edirik ki, hər iki tərəf üçün bu transfer faydalı olacaq”. 
 
Qeyd edək ki, Ufuk Budak "Kayserispor”la müqavilə imzalamaq üçün Azərbaycan millisinin Avstriyadakı təlim-məşq toplanışını erkən tərk etmişdi. 

Xəbər xətti