"Amil Yunanov üçün qarşı tərəfə heç bir təklif göndərməmişik"
Serbiya mətbuatında "Çukariçki"nin milli komandamızın və "Sumqayıt"ın hücumçusu Amil Yunanovu transfer etmək istədiyi haqda xəbərlər yayılıb.
Bu haqda "Çukariçki"nin idman direktoru Vladimir Matiyaşeviç Sportal.az saytına açıqlama verib:
"Yunanovun "Sumqayıt"la 2 illik müqaviləsi var. Azərbaycanın ən güclü futbolçularından olan Amil Yunanovun transferi bizə baha başa gələ bilərdi. Artıq Avropa Liqası üçün heyətimizi müəyyənləşdirmişik. Biz Amil Yunanov üçün qarşı tərəfə heç bir təklif göndərməmişik və danışıqlarımız da olmayıb".
Xatırladaq ki, Amil Yunanovun adı qışda Serbiyanın digər klubu - "Radniçki" ilə də hallanmışdı.
saytlarin hazirlanmasi